İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib

İsrail ordusu noyabrın 27-si günü əldə olunan atəşkəsdən sonra ilk dəfə Livanın cənubuna hava zərbəsi endirib.

2215092
İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib

İsrail ordusu noyabrın 27-si günü əldə olunan atəşkəsdən sonra ilk dəfə Livanın cənubuna hava zərbəsi endirib.

İsrail ordusunun sözçüsü Aviçay Adrae sosial media hesabında döyüş təyyarələrinin Livanın cənubuna hücum təşkil etdiyini açıqlayıb.

Aviçay Adrae açıqlamasında Hizbullaha aid olduğu irəli sürülən orta mənzilli raket anbarını hədəf aldığını iddia edib.

İsrail ordusunun bölgədə "Hizbullah fəaliyyətini aşkar etdiyini" iddia edən Adrae İsrail qüvvələrinin "atəşkəs razılaşmasının pozulmasının qarşısını almaq üçün Livanın cənubuna yerləşdirildiyini" iddia edib.

Ordu sözçüsü həmçinin dünən yerli vaxtla 17:00-dan bu səhər saat 07:00-a qədər Livanın cənubunda səyahətin qadağan edildiyini açıqlayıb.

Bəyanatda Litani çayının cənubunda yaşayanlardan yerlərini tərk etməmələri istənilib.

Ordu sözçüsü Adrae noyabrın 29-da səhər saat 06:00-da Livanın cənubundakı 10 qəsəbə və kəndə yaxınlaşmamaqla hədələmişdi.



Әlaqәli Xәbәrlәr