İsrailin Qəzzaya hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 43 min 736-ya yüksəlib.
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 43 min 736-ya yüksəlib.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 405 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qətliam”da 24 nəfərin həyatını itirdiyi, 112 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəridir Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 736-ya, yaralıların sayı isə 103 min 370-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.