ABŞ Yəməndə husiləri hədəfə alıb
Husilərə aid obyektlərə və silah sistemlərinə hava hücumu təşkil edildiyi bildirilib.
2209948
ABŞ Yəməndə husiləri hədəfə alıb.
ABŞ Mərkəzi Komandanlığı CENTCOM hücumların görüntülərini paylaşıb.
CENTCOM noyabrın 9 və 10-da Yəməndə Husilərə qarşı endirilmiş hava zərbələrinin görüntülərini yayımlayıb.
Açıqlamada Husilərə aid obyektlərə və silah sistemlərinə hava hücumu təşkil edildiyi bildirilib.
CENTCOM-un sosial media hesabında paylaşılan görüntüdə Husilərə aid mobil raket qurğusunun hava hücumu nəticəsində məhv edildiyi görünür.
İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndəki husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqları bildirilən ticarət gəmilərini ələ keçirir və ABŞ qüvvələrinə aid hərbi ünsürlərə hücum edir.