Türkiye Xarici İşlər Nazirliyi İsrail rəsmilərinin verdiyi bəyanatlara etiraz edib
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyətin İsrailin qanunsuz siyasətlərinə qarşı güclü mövqe sərgiləməsinin vacibliyi vurğulanıb
Türkiye Xarici İşlər Nazirliyi bir sıra israilli rəsmilərin İordan çayının qərb sahilinin ilhaq edilməsi istiqamətində verdiyi bəyanatlara etiraz edib: "İsrail rəsmilərinin işğal altındakı İordan çayının qərb sahili haqqında verdiyi açıqlamaları ən güclü şəkildə rədd edirik."
Nazirliyin yazılı açıqlamasında "Beynəlxalq hüququ və iki dövlətli həlli gözardı edən bu açıqlamalar İsrailin son məqsədinin Fələstin torpaqlarını ələ keçirmək olduğunu sübut edir. Fələstinlilərə qarşı tətbiq edilən soyqırım və işğal siyasətinin cəzasız qalması İsrail Baş naziri Benyamin Netanyahunu və tərəfdarlarını daha da cəsarətləndirir" ifadələrinə yer verilib. Həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyətin İsrailin qanunsuz siyasətlərinə qarşı güclü mövqe sərgiləməsinin vacibliyi vurğulanıb.
İsrailin ifrat sağçı Maliyyə naziri Bezalel Smotriç rəhbərlik etdiyi Dini Sionizm Partiyasının qrup iclasında İordan çayının qərb sahilinin tamamilə işğalının vaxtının çatdığını iddia edərək müvafiq qurumlara bu plan üçün lazımi infrastruktur işlərinə başlamaq göstərişi verdiyini və 2025-ci ilin “ilhaq ili” olacağını bəyan edib.
Әlaqәli Xәbәrlәr
Artıq ABŞ-ın gizli sənədləri ictimaiyyətə açıqlanacaq
ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb