İsrail Livana ağır zərbələr endirdi, ölən və yaralananlar var
İsrailin Livanın cənub və şərqində müxtəlif nöqtələrə təşkil etdiyi hücumlarda 18 nəfər həyatını itirib
İsrailin Livanın cənub və şərqində müxtəlif nöqtələrə təşkil etdiyi hücumlarda 18 nəfər həyatını itirib.
Livanın rəsmi NNA xəbər agentliyi ölkənin cənubundakı Sur, Sidon və Nəbatiyə ilə şərqindəki Bekaa vadisinin fərqli nöqtələrinə təşkil edilən hücumlarda 18 nəfərin həyatını itirdiyini bildirib.
İsrailin hücumları nəticəsində ölkənin cənubundakı Sur şəhərinin Sarife qəsəbəsində 3 nəfər, Seksekiyye şəhərində isə 7 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
Ölkənin cənubunda yerləşən Nəbatiyə şəhərinin Bint Cübeyl bölgəsindəki Şakra, Burc Kalaviye və Yater qəsəbələri də İsrailin hücumlarına məruz qalıb.
Bildirilib ki, Burj Kalaviye bölgəsinə təşkil edilən hücumda 3 nəfər, Yeterdə isə 2 nəfər həyatını itirib.
İsrailin Livanın şərqindəki Bekaa vadisinin qərb hissəsindəki bir qəsəbəyə hücumu nəticəsində 3 nəfər həyatını itirib.
İsrail döyüş təyyarələri Nəbatiyyənin Beyad bölgəsindəki tarixi məscidi hədəf alaraq dağıdıb.
İsrailin Livanın şimalındakı Akkar bölgəsindəki Ayn Yakup qəsəbəsinə təşkil etdiyi hücumda 8 nəfər həyatını itirib.
Livan Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Ayn Yaqubda bir binaya edilən hücumda ilkin məlumatlara görə 8 nəfər ölüb, 14 nəfər yaralanıb.
Açıqlamada həmçinin qeyd olunub ki, İsrailin 2023-cü il oktyabrın 8-dən etibarən Livana təşkil etdiyi hücumlarda ölənlərin sayı 3 243-ə, yaralıların sayı isə 14 134-ə yüksəlib.