Nigeriyada terror aktı nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Kebbi əyalətində törədilən terror aktı nəticəsində 15 nəfər həyatını itirib

2208763
Nigeriyada terror aktı nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Kebbi əyalətində törədilən terror aktı nəticəsində 15 nəfər həyatını itirib. Yerli mətbuatın məlumatına görə, hücumu yeni yaranmış Lakurava terror təşkilatı həyata keçirib.

Terror aktı nəticəsində 15 nəfər həlak olub, bir çox insan isə yaralanıb. Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları üzrə direktoru Edvard Buba ölkənin şimalında yeni  terror təşkilatının meydana gçıxdığını təsdiqləyib.

Nigeriya uzun müddətdir ki, Boko Haram və ISWAP kimi terror təşkilatlarının hücumlarına məruz qalır. 



Әlaqәli Xәbәrlәr