Azərbaycan COP29-a ev sahibliyi edir
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edir
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edir.
12 gün davam edəcək konfransın ilk iki günündə liderlər səviyyəsində sammit keçiriləcək.
100-dən çox ölkənin təmsil olunacağı sammitdə prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Lakin, dünyanı ən çox çirkləndirən və qlobal istiləşməyə görə məsuliyyət daşıyan iki ölkə – ABŞ və Çin – prezidentləri liderlər səviyyəsində keçiriləcək sammitdə təmsil olunmayacaqlar.
COP29-un əsas gündəliyi iqlim dəyişikliyi ilə mübarizə üçün lazımi maliyyənin təmin edilməsi olacaq.
İştirakçılar həmçinin bərpa olunan enerji potensialı və enerji səmərəliliyi üzrə tədqiqatları müzakirə edəcəklər.
Tədbirdə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tərəfindən təşəbbüs edilən "Sıfır Tullantı" layihəsi üçün xüsusi bir stend qurulacaq. Stenddə tullantıların idarə olunması, təkrar emalı və ekoloji maarifləndirmə sahələrində müxtəlif layihələr təqdim olunacaq.
Әlaqәli Xәbәrlәr
İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı
İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir.