Kaliforniya qubernatoru Ventura bölgəsində fövqəladə vəziyyət elan edib
Hakimiyyət orqanları yayılan yanğınlar, elektrik kəsintiləri və yıxılan ağaclar səbəbindən bölgə sakinlərini ehtiyatlı olmağa çağırıb
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Ventura bölgəsində dünən başlayan və güclü küləyin təsiri ilə söndürülə bilməyən meşə yanğını nəticəsində 132 bina tamamilə məhv olub, 88 bina isə ağır zərər görüb.
Bölgəsinin şerifi Ceyms Frayhoff yanğında 10 nəfərin tüstüdən zəhərləndiyini və ya həyati təhlükə yaratmayan xəsarətlər aldığını bildirib.
Kaliforniyanın cənubundakı müxtəlif bölgələrdə yerli hakimiyyət orqanları yayılan yanğınlar, elektrik kəsintiləri və yıxılan ağaclar səbəbindən bölgə sakinlərini ehtiyatlı olmağa çağırıb. Meşə yanğınının dünən etibarilə təxminən 83 kvadrat kilometr əraziyə yayılmasından sonra Kaliforniya qubernatoru Qavin Nyusom Ventura bölgəsində fövqəladə vəziyyət elan edib.
“Southern California Edison” şirkətindən edilən açıqlamada artan risk səbəbindən 5 bölgədə təxminən 70 min müştərinin elektrik enerjisinin kəsildiyi bildirilib.