“Meta” şirkətinə yüksək məbləğdə cəza
İstifadəçilərnin şəxsi məlumatlarını topladığı və bu məlumatları istifadəçi razılığı olmadan reklam verənlərlə paylaşdığı bildirilib
Cənubi Koreya sosial media şirkəti “Meta”ya istifadəçi məlumatlarını icazəsiz topladığı və üçüncü şəxslərlə paylaşdığı üçün 21,62 milyard von (təxminən 15,67 milyon dollar) məbləğində cərimə kəsib.
Cənubi Koreya Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) tərəfindən verilən açıqlamada “Meta”nın Cənubi Koreyadan olan 980 min “Facebook” istifadəçisinin şəxsi məlumatlarını topladığı və bu məlumatları istifadəçi razılığı olmadan reklam verənlərlə paylaşdığı bildirilib. Toplanan məlumatlara istifadəçilərin siyasi görüşləri, dini inancları kimi həssas məlumatlar da daxildir.
“Meta”nın bu məlumatları təxminən 4 min reklam şirkətinə ötürdüyü və istifadəçiləri fərdi olaraq hədəfləyən reklamlarla məxfiliyi pozduğu qeyd edilib.
Әlaqәli Xәbәrlәr
Ərdoğan Sudanda sülh və sabitliyin təmin olunmasının Türkiyə üçün əsas prinsip olduğunu vurğulayıb
Görüşdə Türkiyə ilə Sudan arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub
Donald Trampın Yaxın Şərq siyasətindəki mövqeyi dəyişə bilər
“Wall Street Journal(WSJ)” qəzetində yayınlanan xəbərə görə...