Hərbi təlimlər zamanı adanı ələ keçirdilər

General Romeo Brauner Cənubi Çin dənizində mübahisəli adanın ələ keçirilməsini nəzərdə tutan ssenari ilə 4 noyabrda başlayan 2 həftəlik hərbi təlimlə bağlı mətbuata açıqlama verərək deyib ...

2207441
Hərbi təlimlər zamanı adanı ələ keçirdilər

 

  Filippin ordusu mübahisəli Cənubi Çin dənizində keçirilən hərbi təlimlər zamanı bir adanı ələ keçirdi.

  Filippin Baş Qərargah rəisi general Romeo Brauner Cənubi Çin dənizində mübahisəli adanın ələ keçirilməsini nəzərdə tutan ssenari ilə 4 noyabrda başlayan 2 həftəlik hərbi təlimlə bağlı mətbuata açıqlama verərək deyib: “Çin donanmasının döyüş gəmiləri uzaqdan müşahidə edirdi. Bu əməliyyat manevrə reallıq qatdı: bir adanı ələ keçirdik.

  Heç bir ölkəyə yönəlməyən hərbi təlim Filippin ordusunun ölkənin suverenliyini nəyin bahasına olursa olsun, müdafiə etməyə hazır olduğunu vurğulayır. Qonşularımızı və ya hər hansı bir xarici gücə xəbərdarlıq edirik ki, adalarımızı müdafiə edə bilirik”.

  Hələlik bu məsələ ilə Çindən açıqlama gəlməyib.

  Qeyd edək ki, Cənubi Çin dənizi sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra İkinci Dünya Müharibəsindən bəri region dövlətləri arasında suverenlik mübahisələrinin mərkəzində olub.

  Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 fazidən çoxu, o cümlədən yeraltı sərvətlərlə zəngin Filippin, Vyetnam, Bruney və Malayziya torpaqları ilə bağlı iddialar irəli sürür.



Әlaqәli Xәbәrlәr