Netanyahu müdafiə nazirini istefaya göndərdi

Sözügedən mövzu ilə bağlı B.Netanyahunun açıqlaması diqqət çəkib

2206937
Netanyahu müdafiə nazirini istefaya göndərdi

 

  İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qallantı istefaya göndərdi.

  Baş nazirlik Mətbuat Xidmətindən verilən yazılı açıqlamada Qalantın vəzifəsindən azad edildiyi bildirilib.

  Sözügedən mövzu ilə bağlı B.Netanyahu "Aramızda Qallanta etibarımız sarsıldı. Bu uçurumu aradan qaldırmağa dəfələrlə cəhd etdim, lakin olmadı, əksinə, daha da genişləndi" deyə açıqlama verib.

  Yoav Qallantın müdafiə naziri postuna hazırkı Xarici işlər naziri Yisrael Katz qoyulub.



Әlaqәli Xәbәrlәr