Şimali Koreya Xarici işlər naziri Rusiya prezidenti ilə görüşüb

Putin prezident Kim Çen Ina salamlarını çatdırıb

2206509
Şimali Koreya Xarici işlər naziri Rusiya prezidenti ilə görüşüb

 

  Rusiya prezidenti Vladimir Putin Şimali Koreya Xarici işlər naziri Çoe Son-huini qəbul edib. Rəsmi Kremlin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Çoe "Hörmətli Şimali Koreya prezidentinin dərin, səmimi və dostyana salamlarını çatdırmaqdan şərəf duyuram" ifadəsini işlədib. Putin də prezident Kim Çen Ina salamlarını çatdırıb.

  Rusiya və Şimali Koreya Xarici işlər nazirləri Sergey Lavrov ilə Çoe Son-hui paytaxt Moskvada 1 noyabrda görüşmüş iki nazirin strateji məsləhətləşmələr apardığı bildirilmişdi.

   Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər etmiş, tərəflər arasında "əhatəli strateji tərəfdaşlıq sazişi" imzalanmışdı. Bu sazişin tərəflərdən birinə hücum edildiyi halda qarşılıqlı hərbi yardımı nəzərdə tutduğu bildirilmişdi.

  Amerika Birləşmiş Ştatları  Rusiyada 10 minə yaxın Şimali Koreya əsgərinin olduğunu və onlardan 8 mininin Ukrayna ordusunun daxil olduğu Rusiyanın Kursk vilayətində yerləşdirildiyini irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr