“Nifrət cinayəti” ilə təqsirləndirilən R.Paludan haqqında məhkəmə qərar verib
Onun haqqında müxtəlif şəxs və qurumlar tərəfindən Qurani-Kərimə və müsəlmanlara qarşı təhqiramiz davranışlara görə “nifrət cinayəti” ittihamı ilə məhkəmə işi açılmışdı
Danimarkalı radikal, Sərt İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan 2022-ci ildə İsveçin Malmö şəhərində müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyinə görə nifrət cinayətindən 4 ay həbs cəzasına məhkum edilib.
Malmö Bölgə Məhkəməsinin açıqlamasında qeyd olunub ki, 2022-ci ildə Qurani-Kərimi donuz ətinə bükərək yandırdığı zaman müsəlmanlara qarşı sayğısız və hörmətsiz ifadələr işlətdiyi üçün nifrət cinayətindən mühakimə olunan Paludana 4 ay həbs cəzası verilib.
Onun haqqında müxtəlif şəxs və qurumlar tərəfindən Qurani-Kərimə və müsəlmanlara qarşı təhqiramiz davranışlara görə “nifrət cinayəti” ittihamı ilə məhkəmə işi açılmışdı. Malmö Prokurorluğu açıqlama verməyə getməyən Paludan haqqında həbs qərarı çıxarmışdı. Bu gün keçirilən məhkəmə iclasına da qatılmadı. İsveç dövlət televiziyası “SVT”yə danışan Paludan qərara etiraz edərək işi üst məhkəməyə aparacağını bildirib. O, həmçinin İsveçə bir daha getməyəcəyini açıqlayıb.
Rasmus Paludan 2022-ci ildə Pasxa tətili boyunca İsveçin Malmö, Norköpin, Yönköping və Stokholm şəhərlərində Qurani-Kərimi yandırma təxribatlarını davam etdirmişdi. Onun dayandırılmasını istəyən nümayişçilər də yollarda təkərlər yandıraraq polisə daşlarla hücum etmişdilər. Hadisələr zamanı 104 polis və 14 nümayişçi yaralanmış, 20 polis maşını yandırılaraq zərər vurulmuşdu.
Paludan Türkiyənin Stokholm səfirliyi önündə də Qurani-Kərim yandırmışdı. İzdihamlı polis mühafizəsində keçirilən aksiya zamanı yanına heç kimin yaxınlaşmasına icazə verilməmişdi.
Danimarka Parlamenti 7 dekabr 2023-cü ildə müqəddəs kitabların yandırılmasını və bu kitablara hücumları qadağan edən qanunu qəbul etmişdi. Qanunu pozanlara pul cəzası və ya iki ilə qədər həbs cəzası verilə biləcəyi açıqlanmışdı.
Әlaqәli Xәbәrlәr
Türkiyə, Rusiya və İran nazirləri Suriya ilə bağlı birgə bəyanat verdi
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Qətərin paytaxtı Dohada bir araya gəldilər