Çinin astronavt qrupu orbitdəki vəzifəsini tamamlayıb
Astronavt qrupu 6 aylıq vəzifəsini tamamlayaraq Yerə çatıb
Çinin Yer orbitində qurduğu Tienqonq (Göy Sarayı) Kosmos Stansiyasındakı astronavt qrupu 6 aylıq vəzifəsini tamamlayaraq Yerə çatıb.
Çin İnsanlı Kosmik Proqramı Agentliyindən (CMSA) verilən məlumata görə, astronanvtlar Yi Quanqfu, Li Conq və Li Quansunu daşıyan “Şençjou-18” kosmik kapsulu Qobi səhrasındakı “Donqfenq” sahəsinə enib. Yer orbitində 192 gün keçirən qrup üzvlərinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Əvvəllər “Şençjou-13” missiyasına qatılan qrupun komandiri Yi Quanqfu iki missiyada orbitdə ümumilikdə 374 gün keçirərək kosmosda ən uzun qalan atronavt oldu.
“Şençjou-18” kosmik gəmisi ilə 25 aprel 2024 tarixində kosmosa göndərilən qrup Tienqonq Kosmos Stansiyasına göndərilən yeddinci qrup olmuşdu.
Onlar “Şençjou-19” gəmisi ilə 30 oktyabr 2024 tarixində stansiyaya göndərilən Tsay Şüçı, Sonq Linqdonq və Vanq Haozıdan ibarət yeni astronavt qrupu ilə vəzifə təhvil-təslim mərasimi həyata keçirmişdi.
Әlaqәli Xәbәrlәr
Ərdoğan Sudanda sülh və sabitliyin təmin olunmasının Türkiyə üçün əsas prinsip olduğunu vurğulayıb
Görüşdə Türkiyə ilə Sudan arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub
Donald Trampın Yaxın Şərq siyasətindəki mövqeyi dəyişə bilər
“Wall Street Journal(WSJ)” qəzetində yayınlanan xəbərə görə...