Serbiyada bir günlük matəm elan edilib
Serbiyanın Novi Sad şəhərində vağzal binasının girişindəki beton tavanın uçması nəticəsində 14 nəfər həyatını itirib. Hadisə zamanı 3 nəfərin də yaralandığı bildirilir.
Serbiyanın Novi Sad şəhərində vağzal binasının girişindəki beton tavanın uçması nəticəsində 14 nəfər həyatını itirib. Hadisə zamanı 3 nəfərin də yaralandığı bildirilir.
Serbiyanın baş naziri Miloş Vuçeviç və daxili işlər naziri İvitsa Daçiç hadisə yerinə gedərək səlahiyyətlilərdən məlumat alıblar. Baş nazir Vuçeviç açıqlamasında binanın 1964-cü ildən istifadədə olduğunu və hadisənin araşdırılacağını bildirib.
İ.Daçiç dağıntılar altında qalan 2 nəfərin xilas edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib. O, hadisə yerində 80 nəfərin çalışdığını bildirib.
Serbiya prezidenti Aleksandr Vuçiç də hadisə yerinə gedərək nazirlərdən məlumat alıb.
Hökumət hadisə ilə bağlı bir günlik matəm elan edib.
Novi Saddan xalqa müraciət edən prezident A.Vuçiç həyatını itirən 5 nəfərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.
Vuçiç həyatını itirənlərin yaxınlarına başsağlığı verərək deyib: "Prezident olaraq hökumətdən və Novi Sad prokurorluğundan məsuliyyət daşıyanların ən ağır şəkildə cəzalandırılmasını tələb edirəm''.
Әlaqәli Xәbәrlәr
Afrika qitəsindən qaçan və məcburi köçkünlərin sayı ilbəil artır
Bu statistika BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında yer alır