Livan Səhiyyə Nazirliyi bəyanat yaydı
İsrail ordusunun Livanın şərqindəki Baalbek şəhərinə təşkil etdiyi hücumlar nəticəsində son 24 saatda 52 nəfər həyatını itirib
İsrail ordusunun Livanın şərqindəki Baalbek şəhərinə təşkil etdiyi hücumlar nəticəsində son 24 saatda 52 nəfər həyatını itirib. Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, İsrail ordusunun Baalbek şəhərinə hücumları ilə bağlı məlumatlar yer alıb.
Hücumlar nəticəsində 52 nəfərin həlak olduğu, 72 nəfərin yaralandığı bildirilib. Livanın NNA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail ordusunun Baalbek şəhərinin əl-Alak qəsəbəsindəki bir evə hücumu nəticəsində 4 nəfər ölüb.
Qeyd edək ki, Baalbek şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilib. Livan hakimiyyəti şəhərdəki tarixi abidələrin İsrailin hücumları nəticəsində məhv olacağından narahatdır.
Әlaqәli Xәbәrlәr
Afrika qitəsindən qaçan və məcburi köçkünlərin sayı ilbəil artır
Bu statistika BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında yer alır