İsrail ordusunun hücumu nəticəsində təxminən 50-si uşaq olmaqla 84 fələstinli həyatını itirdi
Bu barədə Qəzzadakı Media Ofisindən verilən bəyanatda bildirilib.
İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücum nəticəsində təxminən 50-si uşaq olmaqla 84 nəfər həyatını itirib. Bu barədə Qəzzadakı Media Ofisindən verilən bəyanatda bildirilib.
Bəyanatda, İsrail ordusunun 170 mülki vətəndaşın sığındığı binaları bombaladığı qeyd olunub. Həkim və mülki müdafiə qruplarının təxminən bir aydır İsrail ordusunun mühasirəsi altında olan Qəzzanın şimalında vəzifələrini yerinə yetirə bilmədiyi vurğulanıb.
Eyni zamanda, bəyanatda İsrail ordusunun Qəzzanın şimalındakı xəstəxanaları hədəf almağa davam etdiyi bildirilir. Beynəlxalq ictimaiyyətə və təşkilatlara mülki vətəndaşları, xəstəxanaları və səhiyyə müəssisələrini qorumaq, eləcə də Qəzzadakı soyqırımı dayandırmaq üçün İsrailə təzyiq göstərilməsi ilə bağlı çağırış edilib. Qəzzada törədilən cinayətlərə görə İsrail, ABŞ administrasiyası, İngiltərə, Almaniya və Fransanın məsuliyyət daşıdığı vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Afrika qitəsindən qaçan və məcburi köçkünlərin sayı ilbəil artır
Bu statistika BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında yer alır