“ABŞ və Türkiyə arasında yaxşı koordinasiya var", P.Rayder

Pentaqonun sözcüsü, general Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırarkən deyib ...

2204464
“ABŞ və Türkiyə arasında yaxşı koordinasiya var", P.Rayder

 

  Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Departamenti (Pentaqon) Türkiyə aeronavtika və kosmik sənaye anonim şirkəti – TUSAŞ-a (Turkish Aerospace İndustries İnc) edilən terror hücumundan sonra Türkiyə təhlükəsizlik qüvvələrinin Suriyadakı terror hədəflərinə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı “ABŞ və Türkiyə arasında yaxşı koordinasiya və ünsiyyət" şərhini verib.

  Pentaqonun sözcüsü, general Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırarkən deyib: “TUSAŞ-a terror hücumundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG hədəflərinə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı Türkiyə ilə ABŞ müdafiə naziri arasında telefon danışığı oldu.

  ABŞ PKK-nı terror təşkilatı olaraq görür. Məncə, burada diqqət çəkən məqam iki dövlət başçısının bir-birini dəstəkləmək üçün açıq ünsiyyət xəttini davam etdirmək əzmində olmasıdır, xüsusən də ikisi də dəyərli NATO müttəfiqi və tərəfdaşlar.

  Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları ilə bağlı ABŞ-ın kommunikasiya kanalları açıqdır. Müttəfiqlərimizlə yaxşı ünsiyyətimiz var və bundan sonra da bunu davam etdirəcəyik."

  Xatırladaq ki, oktyabrın 29-da Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ilə ​ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr