ABŞ Ukraynaya külli miqdarda hərbi yardım paketi ayırır

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu barədə Kiyevə səfəri zamanı deyib ...

2201483
ABŞ Ukraynaya külli miqdarda hərbi yardım paketi ayırır

 

  Amerika Birləşmiş Ştatları Ukraynaya 400 milyon dollar həcmində hərbi yardım paketi ayıracaq.

  ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu barədə Kiyevə səfəri zamanı deyib.

  “Birləşmiş Ştatlar Co Baydenin rəhbərliyi altında Ukraynaya dəstəyi artırmağa davam edir”, - deyə Lloyd Ostin bildirib.

  ABŞ müdafiə naziri oktyabrın 21-də Ukraynaya səfər edib. Pentaqonun saytında yerləşdirilən məlumata əsasən, L.Ostin səfər çərçivəsində Ukrayna rəhbərliyi ilə görüşəcək və ABŞ-ın Kiyevə hərbi yardım öhdəliyini bir daha vurğulayacaq. “Wall Street Journal” qəzetinin yazdığına görə, Pentaqon rəhbəri Ukrayna Silahlı Qüvvələrinə ABŞ istehsalı olan uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməyəcək.



Әlaqәli Xәbәrlәr