ABŞ prezidenti Almaniyaya yollanır
Co Bayden təxirə salınmış Almaniya səfərini cümə günü həyata keçirəcək

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinqində ABŞ prezidenti Co Baydenin daha əvvəl təxirə salınmış Almaniya və Anqola səfərləri ilə bağlı yenilənmiş məlumatları paylaşdı.
Jan-Pyer prezidentin Almaniya səfərini cümə günü 18 oktyabr 2024 tarixində həyata keçirəcəyini və buradakı görüşlərdə əsas diqqət nöqtəsinin Ukrayna olacağını bildirdi.
C.Baydenin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Baş nazir Olaf Şolz ilə görüşəcəyini bildirən katib bu söhbətlər zamanı həm ABŞ-Almaniya münasibətləri, həm də Ukraynaya dəstək mövzusunun geniş şəkildə müzakirə olunacağını qeyd etdi.
2024-cü il dekabr ayının ilk həftəsində isə ABŞ prezidenti Anqolaya gedəcək. Rəsmi olaraq Afrikaya edəcəyi bu ilk səfərdə Amerika ilə Afrika arasındakı əlaqələrin əhəmiyyətinin vurğulanacaq.
Xatırladaq ki, Co Bayden "Helene" və "Milton" qasırğalarının təsir etdiyi ştatlarda aparılan işləri izləmək və bu bölgələrə baş çəkdiyi üçün Almaniya və Anqola səfərlərini təxirə salmışdı.