Sergey Lavrov İsraillə İran arasındakı gərginliyi qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrailin İranın nüvə mərkəzlərinə hücum etməsi halında bunun ciddi bir təxribat olacağını bildirib

2197755
Sergey Lavrov İsraillə İran arasındakı gərginliyi qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrailin İranın nüvə mərkəzlərinə hücum etməsi halında bunun ciddi bir təxribat olacağını bildirib.

Sergey Lavrov Laosun paytaxtı Vyentyanda keçirilən 19-cu Şərqi Asiya Zirvəsinə qatılıb.

Daha sonra bir mətbuat konfransı keçirən Lavrov zirvədə yekun bəyanatın qəbul edilmədiyini deyib: "ABŞ, Yaponiya, Koreya, Avstraliya və Yeni Zelandiya bu bəyanata siyasi mənalar yükləməyə, geosiyasi münaqişə ssenariləri ilə doldurmağa çalışır."

O, Qərb ölkələrinin Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasını (ASEAN) Rusiya və Çinə qarşı istifadə etməyə, iqtisadiyyat və təhlükəsizlik sahələrindəki sistemi pozmağa cəhd etdiyini vurğulayaraq bunları qeyd edib: "ABŞ və müttəfiqləri, Asiya-Sakit okean bölgəsini NATO-nun maraq dairəsinə çevirməyə çalışır. Burada ABŞ-ın nəzarətində çox sayda qapalı hərbi-siyasi birliklər yaradılır. Bütün bunlar birgə fəaliyyətləri əngəlləyir, bu bölgəni parçalayır. Qərb ölkələrinin nümayiş etdirdiyi yanaşma nəticəsində bölgənin hərbiləşdirilməsi riski artır, sabitlik üçün problemlər yaranır."

İsrailin İrana hücum etmək təhdidləri və İranın nüvə sazişindən çıxma ehtimalını da qiymətləndirən Lavrov "İranın sülhməramlı nüvə mərkəzlərinə hücum planı və ya təhdidi baş tutarsa bu çox ciddi bir  təxribat olar" deyə bildirib.



Әlaqәli Xәbәrlәr