İsxak Hersoq: ''Türkiyəyə qarşı planımız yoxdur''

İsrail prezidenti İsxak Hersoq türk xalqına böyük hörmət bəslədiklərini və ölkəsinin Türkiyəyə qarşı heç vaxt planı olmadığını bildirib.

2197575
İsxak Hersoq: ''Türkiyəyə qarşı planımız yoxdur''

İsrail prezidenti İsxak Hersoq türk xalqına böyük hörmət bəslədiklərini və ölkəsinin Türkiyəyə qarşı heç vaxt planı olmadığını bildirib.

"Times of Israel" qəzetində yer alan xəbərə görə, İsxak Hersoq Amerika Birləşmiş Ştatlarında yəhudi dərnəklərinin nümayəndələri ilə keçirdiyi görüşdə müəyyən hadisələri qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğanın İsrail ilə bağlı açıqlamasını gördüyünü bildirən İsxaq Hersoq ölkəsinin Türkiyəyə qarşı heç vaxt bir planı olmadığını bildirib. O, türk xalqına böyük hörmət bəslədiklərini, Türkiyənin də İsrailə eyni şəkildə hörmət etdiyini deyib.

Türk və İsrail xalqları arasında uzun illərdir davam edən əlaqələrin olduğunu ifadə edən İ. Hersoq  deyib:"Xalqların birliyi, qardaşlığı və birgə yaşaması buna mane olan bütün səslərin üzərində olacaqdır".

O, İsrailin hücumlarının bölgədəki xalqların sülh içində yaşamasını təmin edəcək tarixi bir dəyişikliyə səbəb olacağını irəli sürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 oktyabr 2024 tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) üçüncü qanunverici ilinin açılışında etdiyi çıxışında "Vəd edilmiş torpaqlar xülyası ilə hərəkət edən İsrail hökumətinin Fələstin və Livandan sonra gözünü dikəcəyi yer bizim vətən torpaqlarımız olacaqdır" demişdi.



Әlaqәli Xәbәrlәr