Filip Lazzarini Qəzzadakı vəziyyəti qiymətləndirib
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini təxminən bir ildir İsrailin hücumlarına məruz qalan Qəzzanın "yaşamaq üçün yararsız hala düşdüyünü" söylədi
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini təxminən bir ildir İsrailin hücumlarına məruz qalan Qəzzanın "yaşamaq üçün yararsız hala düşdüyünü" söylədi.
Filip Lazzarini BMT-yə üzv ölkələrin nümayəndələri ilə apardığı danışıqlardan sonra BMT-nin Cenevrədəki ofisində mətbuat konfransı keçirib.
İsrailin Qəzzaya intensiv hücumlara başlamasından təxminən bir ilə yaxın keçdiyini xatırladan Filip Lazzarini deyib: "Bu, sonsuz bir kabusdur. Qəzza yaşanmaz hala düşüb. İnsanlar hər gün xəstəlik, ölüm və ya aclıqla üzləşirlər''.
''Qəzzada insanlar ərazinin 10 faizində sıxışıb qalıb”deyən Filip Lazzarini bildirib ki, insanlar bir ildir ki, təhlükəsiz bölgə axtarır, lakin Qəzzada belə bir yer yoxdur.
Qəzzanın xarabalıqlarında 620 min qız və oğlanın yaşadığını bildirən Lazzarini BMT-yə üzv dövlətləri və onların tərəfdaşlarını bu uşaqları təhsillə təmin etməyə çağırıb.
Fələstinlilərin illərlə davam edən müharibələr səbəbindən təhsil hüququndan məhrum edildiyini vurğulayan Filip Lazzarini uşaqların bu hüquqa malik olmalarının vacibliyinə diqqət çəkib.
İşğal altındakı Qərbdə səssiz bir faciənin yaşandığını vurğulayan Lazzarini deyib: "Buradakı düşərgələrə qarşı hərbi əməliyyat keçirilərsə bölgədəki ictimai infrastruktur kütləvi şəkildə məhv olacaq. İnsanlar əslində kollektiv şəkildə cəzalandırılır".