ABŞ və Böyük Britaniya nazirləri Kiyevdə

Onlar Londonda keçirilən danışıqlardan sonra Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmə qərarı veriblər

2186248
ABŞ və Böyük Britaniya nazirləri Kiyevdə

 

  ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi birlikdə Kiyevə səfər ediblər. Onlar Londonda keçirilən danışıqlardan sonra Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmə qərarı veriblər.

  E.Blinken bildirib ki, səfərin məqsədlərindən biri Ukrayna rəhbərliyindən onların məqsədlərini dəstəkləmək və ehtiyaclarını ödəmək üçün ABŞ-ın nə edə biləcəyini öyrənməkdir.

  Qeyd edək ki, V.Zelenski dəfələrlə rəsmi Vaşinqtonu ABŞ-ın təmin etdiyi silahların məhdudiyyətlərini yumşaltmağa çağırıb.



Әlaqәli Xәbәrlәr