Sudanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir
Sudan Səhiyyə Nazirliyi ölkədə iyun ayından bəri yağan leysan yağışları və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 205 nəfərə yüksəldiyini açıqlayıb
Sudan Səhiyyə Nazirliyi ölkədə iyun ayından bəri yağan leysan yağışları və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 205 nəfərə yüksəldiyini açıqlayıb.
Nazirliyin yaydığı açıqlamada leysan yağışları və daşqınlar nəticəsində xəsarət alanların sayının 886-ya çatdığı, 26 mindən çox evin tamamilə, 33 mindən çox evin isə qismən dağıldığı bildirilib.
Açıqlamada ölkədə vəba epidemiyasından ölənlərin sayının 185-ə, epidemiyaya yoluxanların sayının isə 5 692-yə yüksəldiyi qeyd olunub.
Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
İyun ayından etibarən yağan aramsız yağışlar və daşqınlar vəba epidemiyasının yayılmasına səbəb olub.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin lazımi qədər işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Әlaqәli Xәbәrlәr
İsrail ordusunun Livanın qərbinə vurduğu hava zərbələrindən ölən və yaralanan oldu
Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir ...