Mahmud Abbas:''Qəzzaya səfərlə bağlı işlər davam edir''

Fələstin dövlət başçısı  Mahmud Abbas Fələstin rəhbərliyinin Qəzzaya getməsi üçün işlərin davam etdiyini açıqlayıb

2184667
Mahmud Abbas:''Qəzzaya səfərlə bağlı işlər davam edir''

Fələstin dövlət başçısı Mahmud Abbas Fələstin rəhbərliyinin Qəzzaya getməsi üçün işlərin davam etdiyini açıqlayıb.
Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, ''Fəth'' hərəkatının mərkəzi komitəsi Mahmud Abbasın sədrliyi ilə Ramallahda iclas keçirib.
Mahmud Abbas iclasda İsrailin Qəzza və İordan çayının qərb sahilindəki hücumlarını dayandırmaq üçün Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanına səfərləri barədə mərkəzi komitə üzvlərini məlumatlandırıb.
Mahmud Abbas çıxışında Fələstin dövlətinin Qəzzaya səfəri ilə bağlı işlərin davam etdiyini deyib.

''Fəth'' hərəkatı mərkəzi komitəsinin üzvləri bütün dünya liderlərini  Qəzzaya səfəri dəstəkləməyə çağırıb.



Әlaqәli Xәbәrlәr