Ukrayna yeni Nazirlər Kabinetinin tərkibini açıqladı

Ukraynanın Türkiyədəki keçmiş səfiri və xarici işlər nazirinin müavini Andrey Sbiqa xarici işlər naziri vəzifəsinə təyin olunub

2183961
Ukrayna yeni Nazirlər Kabinetinin tərkibini açıqladı

Ukraynanın Türkiyədəki keçmiş səfiri və xarici işlər nazirinin müavini Andrey Sbiqa xarici işlər naziri vəzifəsinə təyin olunub.

Məlumata görə, Ukrayna parlamenti dünən keçirilən iclasda  Nazirlər Kabinetinin yeni üzvlərini müəyyənləşdirib.

Bu çərçivədə Ukraynanın Türkiyədəki keçmiş səfiri və xarici işlər nazirinin müavini Andrey Sbiqa xarici işlər naziri vəzifəsinə təyin olunub.

Qərara əsasən, Olha Stefanişina baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini və Ukraynanın ədliyyə naziri, Oleksiy Kuleba baş nazirin müavini, icmaların və regionların inkişafı üzrə naziri vəzifəsinə təyin olunub. 

Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri vəzifəsinə Svetlana Qrinçuk, Ukraynanın gənclər və idman naziri vəzifəsinə isə Matviy Bidnı təyin olunub. Ukraynanın strateji sənaye naziri German Smetanin, kənd təsərrüfatı siyasəti və ərzaq naziri isə Vitali Koval olub.

 



Әlaqәli Xәbәrlәr