Britaniya Rusiyaya qarşı 650 çoxməqsədli raket göndərir
Britaniya Rusiyaya qarşı mübarizədə Ukraynaya 650 çoxməqsədli raket tədarük edəcək
2184105
Britaniya Rusiya pilotsuz təyyarələri və bombardmanlarından müdafiə etmək üçün Ukraynaya 162 milyon funt-sterlinq, təxminən 213,13 milyon dollar dəyərində 650 yüngül çoxməqsədli raket verəcəyini bildirib.
Yeni raket tədarükünü sentyabrın 5-də Böyük Britaniyanın müdafiə naziri Con Hili Almaniyadakı ABŞ hava bazasında 50-yə yaxın ölkədən ibarət xüsusi koalisiya olan Ukrayna Müdafiə Təmas Qrupu tədbirində iştirakı zamanı bəyan edib.
Müdafiə Nazirliyi yeni hökumətin Ukraynaya yardımın çatdırılmasını sürətləndirmək öhdəliyinə uyğun olaraq 6 sentyabrda elan edilən raketlərin ilk partiyasının ilin sonuna qədər çatdırılmasının gözlənildiyini bildirib.