BMT Banqladeşdə baş verən daşqınlarla bağlı bəyanat yaydı
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler milyonlarla insanın Banqladeşdə baş verən daşqından zərər çəkdiyini bildirib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler milyonlarla insanın Banqladeşdə baş verən daşqından zərər çəkdiyini bildirib.
Uilyam Spindler Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində keçirdiyi mətbuat konfransında Banqladeşdə baş verən təbii fəlakəti qiymətləndirib.
Təbii fəlakətin milyonlarla insana mənfi təsir etdiyini bildirən U.Spindler təxminən 1 milyon Rohinca müsəlmanına ev sahibliyi edən Koks Bazar bölgəsinin də ciddi zərər gördüyünü deyib.
Spindler qeyd edib ki, leysan yağışları Rohinca müsəlmanlarının qaldığı qaçqın düşərgələrində daşqın və torpaq sürüşməsinə səbəb olub.
Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi daşqınlar nəticəsində 67 nəfərin həyatını itirdiyini açıqlayıb.
Әlaqәli Xәbәrlәr
İsrail ordusunun Livanın qərbinə vurduğu hava zərbələrindən ölən və yaralanan oldu
Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir ...