La-Manş boğazını keçməyə çalışan qeyri-qanuni miqrantlar həyatını itirdi
Fransa ilə İngiltərə arasındakı La-Manş boğazını keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 12 nəfər həyatını itirib
Fransa ilə İngiltərə arasındakı La-Manş boğazını keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 12 nəfər həyatını itirib.
Fransa Dəniz Administrasiyası 50-dən çox qeyri-qanuni miqrantı daşıyan qayığın ölkənin La-Manş boğazı sahilindəki Bulon-sur-Mer sahillərində batdığını açıqlayıb.
Ölkənin daxili işlər naziri Cerald Darmanin rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda qəza nəticəsində ilkin məlumatlara görə 12 nəfərin öldüyünü, itkin düşən 2 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
C.Darmanin həmçinin hadisə nəticəsində çox sayda adamın yaralandığını və La-Manş boğazı sahilindəki Pas-de-Kale əyalətinin səlahiyyətliləri ilə görüşəcəyini vurğulayıb.
Məlumata görə, batan qayıqdakı qeyri-qanuni miqrantları xilas etmək üçün bölgəyə xilasedicilər göndərilib.
Qeyd edək ki, cari ilin əvvəlindən bəri 25 qeyri-qanuni miqrant La-Manş boğazını keçmək istəyərkən həyatını itirib.
Keçən il təxminən 30 min miqrant La-Manş boğazını keçərək Fransadan İngiltərəyə keçib. Britaniya və Fransa qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.
Әlaqәli Xәbәrlәr
Bu hökumət övladlığa götürmə prosedurlarını dayandırdı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq sözügedən mövzu ilə bağlı açıqlamasında bildirib ...