Mahmud Abbas Rusiyada səfərdədir

Vladimir Putin Rusiyaya səfər edən Fələstin dövlət başçısı Mahmud Abbasla paytaxt Moskvadakı Prezident İqamətgahında görüşüb

2175066
Mahmud Abbas Rusiyada səfərdədir

Rusiya prezidenti Vladimir Putin Fələstin məsələsinin sülh yolu ilə həll edilməsinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları əsasında Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulayıb.

Vladimir Putin Rusiyaya səfər edən Fələstin dövlət başçısı Mahmud Abbasla paytaxt Moskvadakı Prezident İqamətgahında görüşüb.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Vladimir Putin ərəb dünyası və Fələstinlə əlaqələrə əhəmiyyət verdiklərini, Yaxın Şərq və Fələstindəki vəziyyəti yaxından izlədiklərini bildirib.

Rusiya lideri deyib: "Əlbəttə, Fələstində baş verən humanitar fəlakəti böyük narahatlıqla izləyirik. Fələstin xalqına dəstək olmaq üçün əlimizdən gələni edirik".

BMT-nin məlumatına görə, Fələstinə edilən hücumlar nəticəsində təxminən 40 min insanın həyatını itirdiyinə və bunların əksəriyyətinin qadın və uşaq olduğuna diqqət çəkən Vladimir Putin mülki itkilərə görə narahat olduğunu deyib.

Vladimir Putin Fələstin məsələsinin sülh yolu ilə həll edilməsinin və Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulayıb.

Fələstin dövlət başçısı Mahmud Abbas da öz növbəsində  BMT-nin Fələstin dövlətinin qurulmasında uğursuz olduğunu ifadə edərək deyib: “BMT Amerika Birləşmiş Ştatlarının təzyiqləri səbəbindən Fələstin xalqının hüquqlarının həyata keçirilməsini təmin edəcək bir qərarı belə həyata keçirmək missiyasını yerinə yetirə bilmədi''

Mahmud Abbas həmçinin İsrailin BMT-nin qəbul etdiyi qərarlara əməl etmədiyini də vurğulayıb.

Rusiya ilə bütün səviyyələrdə təmaslarını davam etdirdiklərini ifadə edən Mahmud Abbas deyib:“Rusiya Fələstin xalqının ən yaxın dostlarından biridir”.



Әlaqәli Xәbәrlәr