Fələstin dövlət başçısı Mahmud Abbas sabah Türkiyəyə səfər edəcək

Fələstin dövlət başçısı Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə səfər edəcək

2175005
Fələstin dövlət başçısı Mahmud Abbas sabah Türkiyəyə səfər edəcək

Fələstin dövlət başçısı Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə səfər edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5 aylıq fasilədən sonra Mahmud  Abbasla Prezident İqamətgahında görüşəcək.

Rəcəb Tayyib Ərdoğan-Mahmud Abbas görüşündə İsrailin Qəzza zolağında törətdiyi qətliamlar, bölgədəki humanitar böhran və atəşkəs, İran-İsrail gərginliyi başda olmaqla bölgədə artan gərginlik müzakirə olunacaq.

Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisində çıxış etməsi Türkiyənin Fələstinə verdiyi dəstəyin göstəricisidir.

İsrailin qətliamlarına sərt reaksiya verən Türkiyə Böyük Millət Məclisi daha əvvəl Fələstinə dəstək verdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr