Fransa, Almaniya və İngiltərə birgə Qəzza bəyanatı yaydı
Makron, Scholz və Starmerin verdiyi birgə bəyanatda deyilir ...
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İngiltərənin baş naziri Keir Starmer Qəzzada mülki əhalinin təcili və maneəsiz yardımın çatdırılmasına və paylanmasına ehtiyacı olduğunu vurğuladılar.
Makron, Şolz və Starmerin verdiyi birgə bəyanatda deyilir: “Vasitəçi ölkələr olan Amerika Birləşmiş Ştatları, Misir və Qətərin Qəzza zolağında İsrail və Həmas arasında əsir mübadiləsi və atəşkəs üçün danışıqlara başlamaq çağırışını müsbət qarşılayır və dəstəkləyirik.
Daha çox ləngiməmək razılığına gəlindi. Gərginliyin azaldılması üçün bütün tərəflərlə danışıqlar aparırıq. Sabitliyə gedən yol üçün səylərimizi əsirgəməyəcəyik. Qarşıdurmalar dərhal sona çatmalı və məhbuslar azad edilməlidir. Qəzza xalqının təcili və qeyri-məhdud yardım çatdırılması və paylanmasına ehtiyacı var”.
Ortaq bəyanatda ABŞ, Misir və Qətər İsrail və Həması Misirin paytaxtı Qahirədə və ya Qətərin paytaxtı Dohada avqustun 15-də “Qəzzada atəşkəs və əsir mübadiləsi üçün danışıqlar”a yenidən başlama çağırışı da edilib.