ÜST Sudandakı vəziyyətlə bağlı paylaşım etdi
O, “X” sosial media platformasında 2023-cü ilin aprelindən bəri vətəndaş müharibəsinin davam etdiyi Sudandakı vəziyyətlə bağlı paylaşım edərək bildirib ...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus münaqişələrin davam etdiyi Sudanda əhalinin üçdə ikisinin xəstəxanaya və ya həkimə müraciət edə bilməyəcəyini açıqlayıb. O, “X” sosial media platformasında 2023-cü ilin aprelindən bəri vətəndaş müharibəsinin davam etdiyi Sudandakı vəziyyətlə bağlı paylaşım edərək bildirib: “Sudanda insanların üçdə ikisi davam edən münaqişə ilə əlaqədar xəstəxanaya və ya həkimə gedə bilmir.
Ölkədə minlərlə insan aclıqla üz-üzədir.
BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) Sudanda aclıqla mübarizə üçün BMT Təhlükəsizlik Şurasına təcili tədbir görülməsi çağırışını dəstəkləyirik”.
Xatırladaq ki, Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin 2019-cu ildə xalq üsyanı ilə devrilməsindən sonra mülki əhalinin iştirakı ilə birgə çevriliş həyata keçirən Çevik Dəstək Qüvvələri ilə ordu arasında 16 aydır hakimiyyət mübarizəsi gedir.
BMT-nin məlumatına görə, dünyanın ən böyük köç və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 18.800-dən yuxarı insan həyatını itirib, 10 milyona yaxın adam didərgin düşüb, 25 milyondan çoxunun humanitar yardıma ehtiyacı var.