Hindistanda baş verən təbii fəlakət 24 nəfərin həyatına son qoyub

Hindistanın cənubundakı Kerala ştatında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 24 nəfər həyatını itirib

2168698
Hindistanda baş verən təbii fəlakət 24 nəfərin həyatına son qoyub

Hindistanın cənubundakı Kerala ştatında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 24 nəfər həyatını itirib.
''Hindustan Times''ın məlumatına görə, Kerala ştatının rəsmiləri Vayanad bölgəsində yağan leysan yağışlarından sonra baş verən çoxsaylı torpaq sürüşmələri nəticəsində onlarla insanın torpaq altında qaldığını açıqlayıb.

Səlahiyyətlilər ilkin məlumatlara görə 24 nəfərin həyatını itirdiyini, axtarış-xilasetmə və təxliyyə işlərinin davam etdiyini bildiriblər.

Hindistanın baş naziri Narendra Modi  rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: “Dualarım yaralananlarla və yaxınlarını itirənlərin hamısı ilədir”. 

Kerala ştatının baş naziri Pinarayi Vijayan ilə əlaqə saxladığını ifadə edən Narendra Modi təbii fəlakətlə bağlı hər cür köməklik göstərəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr