Yens Stoltenberq və Entoni Blinken Ukrayna məsələsini müzakirə ediblər

ABŞ-da keçirilən NATO sammiti çərçivəsində bir araya gələn NATO-nun  baş katibi Yens Stoltenberq ilə ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın mümkün NATO üzvlüyünü müzakirə ediblər

2161178
Yens Stoltenberq və Entoni Blinken Ukrayna məsələsini müzakirə ediblər

ABŞ-da keçirilən NATO sammiti çərçivəsində bir araya gələn NATO-nun  baş katibi Yens Stoltenberq ilə ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın mümkün NATO üzvlüyünü müzakirə ediblər.
Görüşdən əvvəl mətbuat nümayəndələrinə açıqlama verən Yens Stoltenberq Rusiyanın son hücumlarına diqqət çəkib.
Rusiyanın uşaq xəstəxanasını hədəf aldığını və çox sayda uşağın öldüyünü bildirən Yens Stoltenberq deyib: "Bu hücumlar Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin vəhşiliyini ortaya qoyur və bizim Ukraynaya niyə dəstək verməli olduğumuzu göstərir".
ABŞ Dövlət Departamentinin Yens Stoltenberq və Entoni Blinken arasında baş tutan görüşlə bağlı verdiyi açıqlamada tərəflərin ortaq müdafiəyə qoyulacaq sərmayə  və alyansın təhdidlərə qarşı özünü necə qoruyacağı ilə bağlı müzakirələr apardığı qeyd edilib.
Açıqlamada Yens Stoltenberq və Entoni Blinkenin yükün bölüşdürülməsi ilə bağlı əldə edilən irəliləyişi alqışladığı bildirilib.



Әlaqәli Xәbәrlәr