NATO Sammitinin əsas gündəliyi

Volodimir Zelenski: "Dünya Rusiyanı çəkindirmək üçün noyabrda ABŞ-da keçiriləcək prezident seçkisini gözləməməlidir"

2161285
NATO Sammitinin əsas gündəliyi

 

  NATO - Şimali Atlantika Alyansı Sammiti başladı.

  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən sammitin əsas gündəliyi Ukrayna-Rusiya müharibəsidir.

  NATO-ya üzv 32 ölkə başçılarını bir araya gətirən NATO sammiti alyansın 75-ci ildönümü mərasimilə başlayıb.

  ABŞ prezidenti Co Bayden mərasimdə NATO-nun baş katibi Yens Stoltenberqə “Prezident Azadlıq medalı” təqdim edib.

  Stoltenberq çıxışında müharibədə Ukraynanın Rusiyaya qarşı dəstəklənməyə davam etməli olduğunu, həm də bu savaşın nəticəsinin onilliklər ərzində qlobal təhlükəsizliyə təsir edəcəyini bildirib. 

  Ev sahibi ABŞ prezidenti C.Bayden alyans üzvlərinin Ukraynanı tarixi əhəmiyyətli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəklərini açıqlayıb. O, Almaniya, İtaliya, Hollandiya və Rumıniya ilə birlikdə Ukraynaya "Patriot" batareyaları və hissələri göndərəcəklərini söyləyib. 

  Sammitdə iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski çıxışında bundan əvvəl Vaşinqtonda verdiyi açıqlamanı xatırladaraq “Dünya Rusiyanı çəkindirmək üçün noyabrda ABŞ-da keçiriləcək prezident seçkisini gözləməməlidir” və "ABŞ administrasiyası hərəkət etmək üçün güclü qərarlar qəbul etməlidir" deyib. 



Әlaqәli Xәbәrlәr