İsrail növbəti dəfə qaçqın düşərgəsini hədəf aldı

Qəzzadakı rəsmilərin məlumatına görə, hücum nəticəsində azı 29 nəfər həyatını itirib, onlarla adam da yaralanıb

2161183
İsrail növbəti dəfə qaçqın düşərgəsini hədəf aldı

İsrail növbəti dəfə mülki əhalinin sığındığı düşərgəni hədəf aldı.
Qəzzadakı rəsmilərin məlumatına görə, hücum nəticəsində azı 29 nəfər həyatını itirib, onlarla adam da yaralanıb.
Xan Yunisdəki Nasser Xəstəxanasının həkimləri İsrailin məktəbin qarşısındakı çadırları raketlərlə hədəf aldığını və ölənlərin sayının arta biləcəyini bildiriblər.
Qəzzadakı Səhiyyə Nazirliyi də İsrailə məxsus raketlərin Xan Yunisin şərqindəki Abasan əl-Kabirə qəsəbəsindəki əl-Avda məktəbinin yaxınlığına düşdüyünü açıqlayıb. Hücum nəticəsində yaralananlar arasında uşaqların da olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr