Cozep Borrell İsrailin Xan Yunisdәki mәktәbә tәşkil etdiyi hücuma reaksiya verdi

Avropa İttifaqı İsrail ordusunun yurd-yuvalarından didәrgin düşmüş fәlәstinlilәrin sığındığı mәktәbә tәşkil etdiyi hücumu pislәyib

2161420
Cozep Borrell İsrailin Xan Yunisdәki mәktәbә tәşkil etdiyi hücuma reaksiya verdi

Avropa İttifaqı İsrail ordusunun yurd-yuvalarından didәrgin düşmüş fәlәstinlilәrin sığındığı mәktәbә tәşkil etdiyi hücumu pislәyib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel rәsmi ‘’X’’ internet sәhifәsindә etdiyi paylaşımda İsrail ordusunun Xan Yunis şəhərindəki məktəbə təşkil etdiyi hücum nәticәsindә onlarla insanın öldüyünü qeyd edib.

Hücuma reaksiya verәn Cozep Borrell deyib: "Beynәlxalq hüquq normalarının pozulmasını qınayırıq. Bunu törәdәnlәr cavab verməlidirlәr".

Qapalı vəziyyətdə qalan mülki insanlara möhlət verilmәsinin, bütün əsirlərin azad edilmәsinin və humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayan Cozep Borrell Qәzzada atәşkәsin tәmin edilmәsi ilә әlaqәdar çağırışını təkrarlayıb.

İsrail ordusunun dünən Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki mәktәbә tәşkil etdiyi hücum nәticәsindә 29 fәlәstinli ölüb, 50-dәn çox adam da yaralanıb.

Bütün beynəlxalq xəbərdarlıqlara baxmayaraq İsrail Qəzza zolağında mülki vәtәndaşların olduğu əraziləri hədəf almağa davam edir.



Әlaqәli Xәbәrlәr