BMT Qәzzadakı qıtlıqla bağlı bәyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri aylardır İsrailin hücumlarına məruz qalan Qəzzada aclıq və qida çatışmazlığı səbəbindən ölәn uşaqların sayının artdığını açıqlayıblar

2161231
BMT Qәzzadakı qıtlıqla bağlı bәyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri aylardır İsrailin hücumlarına məruz qalan Qəzzada aclıq və qida çatışmazlığı səbəbindən ölәn uşaqların sayının artdığını açıqlayıblar.

BMT-nin məruzəçiləri Qəzzada yaşanan aclıqla bağlı birgә yazılı açıqlama veriblәr.

Açıqlamada mayın 30-da Deyr əl-Bələh şəhərindəki Əl-Əqsa xəstəxanasında 6 aylıq körpənin, iyunun 1-də 13 yaşlı uşağın, iyunun 3-də Xan Yunisdə 9 aylıq körpənin qida çatışmazlığı sәbәbindәn hәyatını itirdiyi bildirilib.

‘’Bu ölüm halları aclığın Qəzzanın şimalından mərkəzinə və cənubuna yayıldığına işarә edir’’ deyәn mәruzәcilәr İsrailin fәlәstinlilәri qәsdәn ac qoymasına reaksiya veriblәr.



Әlaqәli Xәbәrlәr