BMT: “İsrail-Livan sərhədində vəziyyətlə bağlı müzakirələr də narahatedicidir”

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Bürosunun sözçüsü Ravina Şamdasan İsrail-Livan sərhədində davam edən gərginlik və narahatedici müzakirələrə münasibət bildirib ...

2157228
BMT: “İsrail-Livan sərhədində vəziyyətlə bağlı müzakirələr də narahatedicidir”

 

  Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Bürosunun sözçüsü Ravina Şamdasan İsrail-Livan sərhədində davam edən gərginlik və narahatedici müzakirələrə münasibət bildirib: "Yüzlərlə adamın öldüyü, minlərlə insanın yaralandığı və on minlərlə didərginin yaşadığı bu vəziyyətdən - İsrail-Livan sərhədindəki gərginlikdən son dərəcə narahatıq. Müzakirələr də narahatedicidir. Gərginliyin azaldılmalı və münaqişələr dayandırılmalıdır.

  Dinc əhalinin öldürülməsi ilə bağlı xəbərlər hərtərəfli araştırılmalıdır.

  Ölənlər arasında uşaqlar, tibb işçiləri və jurnalistlər var ki, bu da çox narahatedici xəbərlərdir.

  Beynəlxalq humanitar hüquqa riayət olunması ilə bağlı ciddi narahatlığımız var. Bununla bağlı tərəflərə öhdəliklərini xatırladırıq”.



Әlaqәli Xәbәrlәr