2023-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski nə qədər olub?

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib

2152265
2023-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski nə qədər olub?

 

  Ötən il Avropa İttifaqında (Aİ) təqribən 95 milyon adam yoxsulluq riski ilə üzləşib.

  Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.

  Müvafiq olaraq, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib, 94,6 milyon adam yoxsulluq həddində yaşayıb.

  Yoxsulluq həddində yaşayan insanların nisbəti Rumıniyada 32, Bolqarıstanda 30, İspaniyada 27 və Yunanıstanda 26 faiz olub.

  Yoxsulluq və sosial təcridin ən aşağı olduğu ölkələr 12 faizlə Çexiya, 14 faizlə Sloveniya, 16 faizlə Finlandiya və Polşa olub.

  Yoxsulluq səviyyəsi Almaniyada 21,3, Fransada 20,4, İtaliyada isə 22,8 faiz təşkil edib.

 



Әlaqәli Xәbәrlәr