2014-2019-cu illərdə ABŞ ordusunda ölüm halları: intihar, düşmən atəşi, qəzalar

“USA Today” Müdafiə Sağlamlığı Agentliyinin 2014-2019-cu illəri əhatə edən dövrdə "ABŞ ordusunda ölüm halları" ilə bağlı araşdırmasını əldə edərək məlumat yayıb

2152261
2014-2019-cu illərdə ABŞ ordusunda ölüm halları: intihar, düşmən atəşi, qəzalar

 

  Amerika ordusunda intihar edənlərin sayı “düşmən atəşi”ndən ölənlərdən çox olub.

  Amerika Birləşmiş Ştatlarının ən çox tirajlı qəzetlərindən olan “USA Today” yazıb ki, orduda xidmət edən əsgərlərin ölüm səbəbləri arasında intihar “düşmən atəşi”ni qabaqlayır.

  “USA Today” Müdafiə Sağlamlığı Agentliyinin 2014-2019-cu illəri əhatə edən dövrdə "ABŞ ordusunda ölüm halları" ilə bağlı araşdırmasını əldə edərək məlumat yayıb.  

  Sözügedən dövrdə ABŞ ordusunda 883 nəfərin intihar nəticəsində öldüyü, eyni dövrdə “düşmən atəşi”ndən ölənlərin sayının isə 96 olduğu bildirilib.

  ABŞ əsgərlərinin Əfqanıstan və Yaxın Şərqdən çəkilməsi ilə döyüş meydanında ölənlərin sayı azalsa da, itiharlardan sonra ikinci yerdə qəzalardır ki, 814 nəfərin ölümünə səbəb olub.  



Әlaqәli Xәbәrlәr