Ermənistan ABŞ-la birgə bəyanat verdi

Bu yolla ABŞ Ermənistana “demokratik islahatlar” və onun müdafiə qabiliyyətini artırmaqda daha çox kömək edə biləcək

2152257
Ermənistan ABŞ-la birgə bəyanat verdi

 

  Ermənistan ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığını bəyan edib. Bu yolla ABŞ Ermənistana “demokratik islahatlar” və onun müdafiə qabiliyyətini artırmaqda daha çox kömək edə biləcək.

  Ermənistan və ABŞ nümayəndə heyətlərinin sonuncu strateji dialoq görüşündə birgə bəyanat imzalanıb. Sənədə əsasən, tərəflər ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Bu məsələ ilə bağlı ümumi baxış strateji tərəfdaşlıq komissiyasının ikitərəfli dialoq statusunu yüksəldən anlaşma memorandumu ilə həyata keçiriləcək.

  Ermənistan və ABŞ nümayəndə heyətləri enerji təhlükəsizliyi, sanksiyalar, ixraca nəzarət və təhlükəsizlik məsələlərindən danışıblar. İclas iştirakçıları ABŞ-ın Ermənistanın müdafiə sektorunun transformasiyası və hüquq sisteminin inkişafında təşəbbüslərə dəstəyinin vacibliyini vurğulayıblar.

  Müdafiə nazirlikləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə ABŞ-ın Avropa Komandanlığı arasında keçirilən ilk illik görüşün nəticələrindən məmnun olduqlarını bildiriblər.

  Strateji tərəfdaşlıq demokratiyanın inkişafı, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı əsas prinsiplərin qəbul edilməsi deməkdir. Tərəfdaşlıq rəsmi Vaşinqtona mümkün münaqişədə ABŞ ordusunun birbaşa iştirakı olmadan iqtisadi və müdafiə islahatlarını dəstəkləməyə imkan verir.

  Ermənistan 2023-cü ildə baş nazir Nikol Paşinyanın Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Qarabağ münaqişəsi zamanı passiv qalmaqda ittiham edərək Qərblə yaxınlaşmasını sürətləndirib.



Әlaqәli Xәbәrlәr