Aleksandr Bortnikov: ''Rusiyadakı terror aktının arxasında ABŞ, İngiltərə və Ukrayna var''
Moskvadakı terror aktının arxasında ABŞ, İngiltərə və Ukraynanın olub-olmaması ilə bağlı sualı cavablandıran Bortnikov deyib: “Bunun belə olduğunu düşünürük. Əlimizdə olan fakturadan danışırıq''.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov martın 22-də axşam saatlarında paytaxt Moskvadakı "Crocus City Hall" konsert zalında törədilən terror aktının arxasında ABŞ, İngiltərə və Ukraynanın olduğunu iddia edib.
Aleksandr Bortnikov Rusiya Baş Prokurorluğunun iclasından sonra jurnalistlərə açıqlama verib.
Moskvadakı terror aktının arxasında ABŞ, İngiltərə və Ukraynanın olub-olmaması ilə bağlı sualı cavablandıran Bortnikov deyib: “Bunun belə olduğunu düşünürük. Əlimizdə olan fakturadan danışırıq''.
Terror aktını həyata keçirənlərin Ukrayna ərazisinə getməyi planlaşdırdıqlarını deyən Bortnikov bu şəxslərin Ukrayna ərazisində gözlənildiyi barədə məlumata malik olduqlarını bildirib. Ukrayna ərazisində bu hücumu həyata keçirənlərin “qəhrəmanlar kimi qarşılanmaq” istəndiyini deyən Bortnikov terror aktının sifarişçisinin hələ müəyyən edilmədiyini bildirib.
Aleksandr Bortnikov Ukraynanın Yaxın Şərqdə yaraqlıları hazırladığını və onlara təlim keçdiyini iddia edərək, anti-Rusiya cəbhəsində müxtəlif xalqlardan döyüşçülərin olmasının bunun göstəricisi olduğunu bildirib.
A.Bortnikov ABŞ-ın mümkün terror aktı ilə bağlı Rusiyaya məlumat çatdırdığını və bunun nəzərə alındığını bildirsə də, bu məlumatın ümumi xarakter daşıdığını qeyd edib.
Rusiyanın Moskvadakı terror aktına cavab verəcəyini vurğulayan A.Bortnikov bu hücumda əli olan hər kəsin tapılacağını və cəzalandırılacağını vurğulayıb.
Ölkədə terror təhlükəsinin davam etdiyinə diqqət çəkən Aleksandr Bortnikov Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) terror aktlarının qarşısını almaqda davam edildiyini xatıradıb və Ukrayna Təhlükəsizlik Xidmətinin terror təşkilatı kimi tanınması lazım olduğunu bildirib.
Bortnikov həmçinin Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirill Budanov və digər kəşfiyyat rəsmiləri ilə bağlı suala belə cavab verib: “Rusiyaya və Rusiya vətəndaşlarına qarşı cinayət törədənlər qanuni hədəfdir”.
Bu hədəflərin niyə məhv edilmədiyi ilə bağlı sualı cavablandıran Bortnikov bunun reallaşacağını bildirib.
Paytaxt Moskvada törədilən terror aktında 139 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı açıqlanıb. Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanıldığını açıqlayıb.