Aleksandr Vuçiç Rusiyada törədilən terror hücumunu qiymətləndirib
Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ və İngiltərənin Rusiyanın paytaxtı Moskvadakı konsert zalına edilən silahlı hücumdan əvvəlcədən xəbərdar olduğunu bildirib.

Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ və İngiltərənin Rusiyanın paytaxtı Moskvadakı konsert zalına edilən silahlı hücumdan əvvəlcədən xəbərdar olduğunu bildirib.
Vuçiç yerli televiziya kanallarına verdiyi müsahibədə Moskvada törədilən terror aktını qiymətləndirib.
Rusiya prezidenti Vladimir Putinə və rus xalqına başsağlığı verən Vuçiç deyib:
“Martın 7-də ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarına alış-veriş mərkəzlərinə getməmələri ilə əlaqədar çağırış etdi. İngiltərə və digərləri də eyni şeyi etdilər. Yəni bu, onların xüsusi xidmət orqanlarının bəzi söhbətləri dinlədiyi, məlumat aldığı və bunun olacağını bildikləri mənasına qəlir''.
Vuçiç Moskvada baş verən hadisənin ölçülməz nəticələrə səbəb ola biləcəyini bildirib və Serbiya Milli Təhlükəsizlik Şurasına bu gün toplanması ilə əlaqədar çağırış edib.
Aleksandr Vuçiç iclasda Moskvadakı hücumun da müzakirə olunacağını bəyan edib.
Qeyd edək ki, Moskvada konsert zalında törədilən terror aktı nəticəsində ilkin məlumatlara görə, 60 nəfər ölüb, 115-dən çox insan yaralanıb.