Nigeriyada 52 terrorçu məhv edilib

Nigeriya ordusunun son bir həftədə ölkənin şimal-şərqində həyata keçirdiyi əməliyyatlarda 52 terrorçu məhv edilib.

2071678
Nigeriyada 52 terrorçu məhv edilib

Nigeriya ordusunun son bir həftədə ölkənin şimal-şərqində həyata keçirdiyi əməliyyatlarda 52 terrorçu məhv edilib.

Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları üzrə direktoru Edvard Buba bildirib ki, ordu son bir həftə ərzində ölkənin şimal-şərq əyalətlərində Boko Harama qarşı əməliyyatlar keçirib.

Buba əməliyyatlarda 52 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralı şəkildə qaçdığını deyib.

Əməliyyatlar zamanı aralarında təşkilatın rəhbərləri də daxil olmaqla 204 terrorçunun saxlanıldığını bildirən Buba, terrorçulara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr