Qəzza zolağında humanitar fasilənin müddəti uzadılıb

İsrail ordusu Qəzza zolağında humanitar fasilənin başa çatmasına dəqiqələr qalmış bəyanat yayaraq, fasilənin müddətinin uzadıldığını açıqlayıb.

2070835
Qəzza zolağında humanitar fasilənin müddəti uzadılıb

İsrail ordusu Qəzza zolağında humanitar fasilənin başa çatmasına dəqiqələr qalmış bəyanat yayaraq, fasilənin müddətinin uzadıldığını açıqlayıb.

İsrail ordusundan verilən yazılı açıqlamada humanitar fasilənin neçə gün uzadıldığı barədə məlumat verilməyib.

Bəyanatda “Vasitəçilərin səyləri istiqamətində, əsirlərin azad edilməsi və qəbul edilən razılaşma şərtlərinə uyğun olaraq əməliyyatların dayandırılması davam etdiriləcək” deyilib.

Digər tərəfdən, "Həmas"ın verdiyi yazılı açıqlamada humanitar fasilənin bir gün uzadılmasına qərar verildiyi bildirilib.

İsrail və "Həmas" arasında vasitəçilik edən Qətər də humanitar fasilənin uzadıldığını təsdiqləyən açıqlama verib.

İsrail və "Həmas" arasındakı qarşıdurmalarda 4 gün müddətinə verilən və 2 gün uzadılan humanitar fasilənin 6-cı günündə daha fələstinli 30 qadın və uşaq əsir İsrail həbsxanalarından sərbəst buraxılıb. Qəzza zolağında isə israilli qadın və uşaq 10 əsir ilə 4 tailandlı Beynəlxalq Qızıl Xaç Komitəsinin konvoyuna təhvil verilib.

Xatırladaq ki, noyabrın 24-də İsrail və "Həmas" arasında əsir mübadiləsi çərçivəsində Qəzzadakı qarşıdurmalarda 4 günlük humanitar fasilə haqqında razılaşma əldə olunub. Sözügedən müqavilə daha sonra 2 gün uzadılıb.

"Həmas"ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.

Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Dərinləşən gərginlikdə təxminən 16 min fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr