Qəzza zolağında humanitar fasilə uzadıldı

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari “X” sosial media hesabında verdiyi açıqlamada bildirib ...

2069575
Qəzza zolağında humanitar fasilə uzadıldı

 

  Qətər Qəzza zolağında humanitar fasilənin 2 gün uzadılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

  Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari “X” sosial media hesabında verdiyi açıqlamada “Həmas” ilə İsrail arasında aparılan vasitəçilik səyləri nəticəsində humanitar fasilənin 2 gün daha uzadılmasına dair razılığa gəlindiyini bildirib.

  “Həmas” da “Telegram” hesabından verdiyi məlumatda Qətər və Misirlə humanitar fasilənin daha 2 gün uzadılmasına dair razılığın əldə edildiyini təsdiqləyib.

  Qəzza zolağına humanitar yardımın daxil olmasını və əsir mübadiləsini nəzərdə tutan 4 günlük humanitar fasilə noyabrın 24-də cümə günü səhər qüvvəyə minmişdi.

 



Әlaqәli Xәbәrlәr