İranın XİN rәhbәri Hizbullahın baş katibi ilə bölgədəki hədisələri müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hizbullahın baş katibi Həsən Nəsrullah ilə Fələstin, Livan və bölgədəki hadisələri müzakirə edib.

2068094

Hizbullahın yaydığı bəyanata görə, Abdullahiyanın rəhbərliyindəki nümayəndə heyəti rəsmi görüşlər keçirmək üçün səfər etdiyi Livanın paytaxtı Beyrutda Hizbullah lideri Nəsrullah ilə görüşüb.
Fələstin və Livandakı son hadisələrin qiymətləndirildiyi görüşdə həmçinin bölgədəki vəziyyət, hadisələrin gedişi ilə bağlı mövcud imkanlar və İsrailin Qəzza zolağına hücumunun dayandırılması üçün göstərilən səylər müzakirə edilib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abdullahiyan dünən Beyruta səfər edərək Livan parlamentinin sədri Nəbih Berri, baş nazir Nəcib Mikati, həmçinin Fələstin İslami Cihadın baş katibi Ziyad əl-Nahhale və ''Həmas''ın Ərəb və İslam Dünyası ilə Əlaqələr İdarəsinin rəhbəri Xəlil əl-Hayye ilə görüşüb.

Әlaqәli Xәbәrlәr